Futbol üzrə Azərbaycan çempionatında növbəti rekord qeydə alınıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018-2019-cu il mövsümündə yeni rekord qeydə alınıb.

“Səbail” klubunun futbolçusu Ədilxan Qarəhmədov cari mövsümdə meydana çıxan ən gənc futbolçu olub. Çempionatın XIX turunda “Sumqayıt” ilə keçirilən matçda (0:0) zədələnən Vüqar Bəybalayevi əvəzləyən Ə.Qarəhmədov Premyer Liqada debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib. Mövsümün yeni rekorduna imza atan futbolçu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. XII turda “Qarabağ” ilə matçda debüt edən Ş.Seyidov meydana 17 yaş 326 günlüyündə çıxmışdı.

Xəbər 760 dəfə oxundu.