Badmintonçumuz Almaniyada "YONEX German Open 2019" turnirində iştirak edib

Badmintonçumuz Edi Reski Dviçayo Lin Dan, Kento Momota kimi badminton ulduzlarının da qatıldığı "YONEX German Open 2019" turnirində iştirak edib.

Azsport.az Azərbaycan Badminton Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz Almaniyanın Mülhaym şəhərində keçirilən "BWF World Tour Super 300" seriyalı turnirə təsnifat mərhələsindən başlayıb. Dviçayo ilk görüşündə Malayziya idmançısı Soonq Jo Venə 0:2 (21-23,11-21) hesabı ilə uduzub.

Xəbər 924 dəfə oxundu.