Yeniyetmə cüdoçularımız Antalyada 3 medal qazanıblar
Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışı davam edir.

Martın 2-də başlayan yarışın ilk günündə Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.

Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medal, Şükran Zamanlı (55 kq) bürünc medal qazanıb.

16 ölkədən 495 yeniyetmə cüdoçunun mübarizə apardığı Antalya turniri bu gün başa çatacaq.

Xəbər 807 dəfə oxundu.