Açıq Avropa kubokunda Oruc Vəlizadə qızıl, İbrahim Əliyev gümüş medal qazanıb
Martın 2-də Polşanın paytaxtı Varşavada start götürən açıq Avropa kubokunda Azərbaycanın iki cüdoçusu finalda mübarizə aparıb.

Altmış kiloqram çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə final qarşılaşmasında Polşa idmançısı Bartolomey Qarbaciki məğlub edərək Avropa kubokunun qalibi olub. Digər təmsilçimiz, altmış altı kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Əliyev finala qədər uğurla irəliləsə də, həlledici görüşdə Fransa təmsilçisi Saşa Flamentə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 38 ölkədən 308 idmançının mübarizə apardığı qitə turniri martın 3-dək davam edəcək. Avropa kubokunda 14 cüdoçumuz medallar uğrunda yarışır.

Xəbər 913 dəfə oxundu.