Azərbaycanlı atlet qış Avropa çempionatının finalına yüksəlib
Azərbaycan idmançısı Nazim Babayev Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən atletika üzrə 35-ci qış Avropa çempionatında üçtəkanla tullanma üzrə təsnifat mərhələsində çıxış edib.
Yarışın birinci günündə N.Babayev ilk cəhddə 16,81 metr nəticə ilə finala yüksəlib.

Digər idmançımız Zəkiyyə Həsənova bu gün 60 metr məsafəyə qaçış yarışında gücünü sınayacaq.

Azərbaycanlı atletlər federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi ilə mübarizə aparırlar.

Qeyd edək ki, bu il 35-ci dəfə təşkil olunan qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə keçirilib. “Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet mübarizə aparır. Çempionata martın 3-də yekun vurulacaq.

AZƏRTAC

Xəbər 1243 dəfə oxundu.