“Şahbuz” və “Ordubad” komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında “Şahbuz” və “Ordubad” komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüş şahbuzlu voleybolçuların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Sonda hər iki komandaya federasiya tərəfindən voleybol topları hədiyyə edilib.

Xəbər 892 dəfə oxundu.