“Banişevski kuboku” uğrunda futbol turnirinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, AFFA-nın və Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) birgə təşkilatçılığı ilə tanınmış futbolçu, “Şöhrət” ordenli Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

Turnirdə altı komanda – “Hövsan”, “Ələt”, “Qardaşlar”, “Binə”, “Qobustan”, “Müşfiqabad” kollektivləri mübarizə aparıblar.

Maraqlı və gərgin idman mübarizəsi ilə yadda qalan turnirdə üçüncü yer uğrunda görüşdə “Qobustan” komandası “Qardaşlar” kollektivini 2:0 hesabı ilə məğlub edib. Final görüşündə isə “Binə” komandası 3:2 hesabı ilə “Ələt” üzərində qələbə qazanır turnirin qalibi olub.

Qalib komandaya kubok, digər mükafatçılara xatirə hədiyyələri və diplomlar verilib.

Turnirin ən məhsuldar futbolçusu – altı qolla yadda qalan “Ələt”in üzvü Şamxal Məlikov, eləcə də ən intizamlı futbolçu üçün ayrılan mükafatın sahibi “Qobustan”ın məşqçisi Atabəy Əlixanov təşkilatçılar tərəfindən təltif ediliblər.

AZƏRTAC

Xəbər 797 dəfə oxundu.