“Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib
Futbol üzrə Birinci Divizion təmsilçisi “Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Eltay Aslanovun əsas komandadan ayrılmasından sonra boş qalan baş məşqçi postuna Nizami Sadıqov təyin olunub.

N.Sadıqov daha əvvəl də “Turan Tovuz”un baş məşqçisi olub.

Qeyd edək ki, hazırda Birinci Divizionda 16 turdan sonra hesabında 13 xal olan Tovuz təmsilçisi turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Xəbər 973 dəfə oxundu.