Güllə atıcılığı üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Neftçi İdman Klubu” İctimai Birliyinin atıcılıq mərkəzində güllə atıcılığı üzrə paytaxt birinciliyi keçirilib.

Birincilikdə 35 idmançı mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Nəzrin Abbaslı KÇTÇ-4 və PTÇ-3 hərəkətlərində birinci olub. PT-4 hərəkəti üzrə yarışlarda Rükufə Quliyeva fərqlənib. Ramiz Xəlilov PT-4, Loğman Babaşov KÇTÇ, Vladislav Kalmikov isə PTÇ-3 hərəkətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

AZƏRTAC

Xəbər 720 dəfə oxundu.