Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində 268 idmançı mübarizə aparır
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib.

Boks Mərkəzində 2003-2004-cü il təvəllüdlü boksçular arasında keçirilən birinciliyə 50-yə yaxın komandanın heyətində 268 idmançı qatılıb.

Yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Final qarşılaşmaları martın 3-də baş tutacaq.

Xəbər 855 dəfə oxundu.