Usta cüdoçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı İdman Sarayında usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, yarışda müxtəlif kateqoriyalar üzrə 110 veteran idmançı medallar uğrunda mübarizə aparıb. Çempionatın qalib və mükafatçılarına medallar və federasiyanın diplomları təqdim olunub.

Usta cüdoçular arasında respublika çempionatının qalibləri Avropa birinciliyində mübarizə aparacaqlar.

Xəbər 1091 dəfə oxundu.