Yeniyetmə qılıncoynadanlarımız Rusiyada keçiriləcək açıq çempionatda iştirak edəcəklər
Fevralın 26-dan martın 1-dək Rusiyanın Pyatiqorsk şəhərində Əməkdar bədən tərbiyəsi və idman xadimi Anatoli Samburovun xatirəsinə həsr olunmuş açıq qılıncoynatma üzrə açıq çempionat keçiriləcək.

Turnirdə Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Açıq birincilikdə iştirak edəcək qılıncoynadanlarımız fevralın 17-dən 23-dək “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə “Zuğulba” tədris-idman bazasında təlim-məşq toplanışında olublar.

Xəbər 854 dəfə oxundu.