Futzal üzrə ölkə kuboku yarışlarının 1/8, 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb
Bakı İdman Sarayında futzal üzrə ölkə kuboku yarışlarının 1/8, 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib. Bu mərhələdə Yüksək Liqanın 7, Birinci Liqanın 3, İkinci Liqanın 6 komandası mübarizə aparacaq.

Püşkə əsasən, Yüksək Liqa təmsilçiləri və aşağı liqa komandaları arasında mübarizəni davam etdirən ən titullu komanda “Obolon” reytinqlilər səbətində, digər 8 komanda isə onların rəqibi qismində səpələnib.

Püşkə görə, 1/8 final mərhələsində “Neftçi” klubu “Hövsan”, “Yasamal MFK Baku” “Advokat”, “Xəzər Cənub” “Dalğa”, EKOL “Standard”, “Araz” “Green Log”, “Liman” “Təbriz”, “Yasamal İSK” “Baku Fire”, “Obolon” isə “Gilan Construction” komandası ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları martın 5-6-da “Olimpik Star”da keçiriləcək.

Xəbər 745 dəfə oxundu.