Azərbaycan Qodzo Ryu Okinava Karate Do və Kobudo Kempo İdman Növləri Federasiyasının iclası keçirilib
Azərbaycan Qodzo Ryu Okinava Karate Do və Kobudo Kempo İdman Növləri Federasiyasının iclası keçirilib.

Federasiyadan bildiriblər ki, iclasda federasiyasının prezidenti Tarverdi Allahverdiyev, vitse-prezidentlər Rauf İbrahimov və Vüqar Həziyev çıxış ediblər. Onlar federasiyanın tərkibində olan yeni təyinatlar, il ərzində keçiriləcək yarış, turnirlər, habelə qeyri-hökumət təşkilatlarının tədbirləri, dünya və Avropa yarışlarında idmançılarımızın iştirakları barədə müzakirələr aparıblar.

İclasda federasiyanın klub və cəmiyyətlərin rəhbərləri, habelə Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Şərq Döyüş Növləri Federasiyaları Şurasının nümayəndələri iştirak ediblər.

Xəbər 794 dəfə oxundu.