Kikboksinq üzrə açıq “Xocalı kuboku 2” turniri keçirilib
Azərbaycan Kikboksinq Federasiyası və “Xocalı” idman klubunun təşkilatçılığı ilə açıq “Xocalı kuboku 2” turniri keçirilib.

“Xocalıya ədalət!” devizi altında təşkil olunan açıq turnirdə yeniyetmələr, gənclər və kadetlər mübarizə aparıblar.

Yarışda ümumilikdə 30-dan çox idman klubundan 330 idmançı iştirak edib.

Sonda qalib idmançılara diplom, medallar və kuboklar təqdim edilib.

Xəbər 1319 dəfə oxundu.