Azərbaycanın cüdosunun tarixinə düşüb
Rusiyanın Çelyabinsk şəhərində keçirilmiş Avropa çempionatında 100 kq-da bürünc medal qazanan Elmar Qasımov Azərbaycanın cüdo tarixinə düşüb. İdman.com.az saytının statistika şöbəsinin məlumatına görə, yığma komanda üzvləri arasında indiyədək eyni yarışda bu çəkidə mükafata layiq yer tutan idmançımız olmayıb. Müxtəlif illərdə nisbətən ağır çəki dərəcəsində Rəsul Səlimovla Elxan Məmmədov (90 kq) fəxri kürsüyə çıxıblar.


Xəbər 1828 dəfə oxundu.