Millimizin Bakıda təlim-məşq toplanışı başlayıb
Fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban Baharı” turnirində iştirak edəcək 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının Bakıda təlim-məşq toplanışı başlayıb.

Hazırlıq prosesində Elvira Əsgərzadə, Minarə Gözəlova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova, Həqiqət Qasımova (hamısı 8 №-li İOEUGİM), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Keşlə”), Rövşanə Sərdarlı, Ayşən Əhmədova, Vüsalə Seyfəddinova (hamısı “Uğur”), Alina Nahmadova, Umnisə Əliyeva, Ləman Niftəliyeva (hamısı “Fidan”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Neslihan Bozkaya (“Kemer”), Seval Cakan (“Essen-Şönebek”, Almaniya) və Dilara Deli Soley (“FSV Gütersloh”, Almaniya) iştirak edirlər.

Xəbər 784 dəfə oxundu.