Lənkəranda “Qızlar futzal kuboku” turniri keçirilib
Lənkəranda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.

Lənkəran şəhər 2 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda 8 komanda play-off oyunlarında iştirak edib. Turnirin qalibi 5 nömrəli tam orta məktəbin komandası olub. İki və 4 saylı tam orta məktəbin komandaları isə müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar. Lamiyə Hüseynova (Yuxarı Nüvədi tam orta məktəbin şagirdi) turnirin ən yaxşı oyunçusu seçilib.

İlk üç yeri tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok təqdim edilib.

Qeyd edək ki, turnirdə 60 yeni qız futbolçu qeydiyyatdan keçib. İştirakçılar top və gödəkcələrlə təmin olunublar. AFFA və UEFA-nın dəstəyi ilə təşkil edilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Qubada, Mingəçevirdə və Balakəndə keçirilib.

Xəbər 805 dəfə oxundu.