Azərbaycan Üzgüçülük Federasiyasının nümayəndələri beynəlxalq hakimlik məktəbini uğurla başa vurublar
Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) tarixində ilk dəfə olaraq 2 hakimimiz rəsmi məktəb tamamlayaraq beynəlxalq hakim adını alıblar.

Federasiyadan bildiriblər ki, Makedoniyanın Skopya şəhərində Beynəlxalq Su İdman Növləri Federasiyasının (FINA) təşkil etdiyi beynəlxalq hakimlik məktəbində ölkəmizi AÜF-in vitse-prezidenti Elçin Həsənov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdurəhmanov təmsil ediblər.

Təmsilçilərimiz iki gün davam edən nəzəri və praktiki tədbirin sonunda imtahan verərək yüksək bal qazanıb və AÜF-in tarixində ilk dəfə olaraq rəsmi məktəb tamamlayaraq beynəlxalq hakim adını alıblar.

E.Həsənov və R.Əbdurəhmanovun adı 2019–2022-ci illərdə FINA rəsmiləri siyahısına salınıb.

Xəbər 1312 dəfə oxundu.