Dəmir Jurkoya Azərbaycandan kimlər lazım oldu?
Qadın voleybolçulardan ibarət Xorvatiya milli komandasının Avropa olimpiya təsnifat turniri üçün yekun heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Dəmir Jurko mayın 1-6-da Türkiyədə keçiriləcək həlledici mərhələdə güvənəcəyi “12-liyi” müəyyənləşdirib.

Siyahıda Azərbaycan Super Liqasında oynayan 4 oyunçu da da yer alıb. Bunlar Bilyana Gliqoroviç (“Bakı”), İliyana Duqandziç, Marina Katiç (hər ikisi - “İqtisadçı”) və İvana Miloşdur (“Lokomotiv”). Qeyd edək ki, Xorvatiya Türkiyə, Almaniya və Bolqarıstanla eyni qrupda yer alıb.

Xəbər 900 dəfə oxundu.