“Kəpəz”dən acı məğlubiyyət
Bu gün Unibank Premyer Liqasında XXX turun oyunları başlayıb. İdman.com.az saytının məlumatına görə, birinci oyun günündə ikinci “altılığ”ın 2 matçı baş tutub.

Turun ilk görüşündə “Turan” “Sumqayıt”ı qəbul edib. Matçda hesabı qonaqlar açsalar da, tovuzlular penalti ilə hesabı bərabərləşdiriblər. Bu nəticə isə daha çox debütanta sərf edib. Çünki onlar uduzacaqları halda, yüksək dəstə ilə ilə vidalaşacaqdılar.

Günün digər matçında “Rəvan” “Kəpəz”lə üz-üzə gəlib. Bu mövsüm qonaqlardan xal ala bilməyən ev sahibləri bu dəfə tilsimi qırıblar. Onlar gəncəliləri darmadağın ediblər – 5:1.

Unibank Premyer Liqası. XXX tur
28 aprel

“Turan” – “Sumqayıt” - 1:1
Qol: Aleksandr Qoqoberişvili, 69 (p) - Orxan Əliyev, 59
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov
Tovuz. Şəhər stadionu

“Rəvan” – “Kəpəz”- 5:1
Qol: Nemanya Vidakoviç, 24; Kristian Torres, 57; 90+3; Ramazan Abbasov, 71; 84 - Yuri Fomenko, 76
Qırmızı vərəqə: Maşallah Eslam, 43
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Anar Göyçayski
Bakı. “Dalğa Arena” stadionu

29 aprel

17:00. “Qəbələ” – “Bakı”
Qəbələ. Şəhər stadionu

17:00. “Neftçi” – “Qarabağ”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

18:15 AzAL – “Simurq”
Bakı. “AZAL Arena” stadionu

19:00. “İnter” – “Xəzər Lənkəran”
Bakı. “Şəfa” stadionu

Xəbər 999 dəfə oxundu.