“Qəbələ”-“Keşlə” oyununda hesab açılmayıb
Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna start verilib.

Turun açılış matçı Qəbələ stadionunda baş tutub. Şəhərin eyni adlı təmsilçisi “Qəbələ” doğma azarkeşlər önündə autsayder “Keşlə”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmayıb. Bu hesabdan sonra xallarının sayını 24-ə çatdıran “Qəbələ” turnir cədvəlində dördüncü yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 16 xalla altıncı yerdədir.

“Qəbələ” və “Keşlə” indiyədək ölkə çempionatlarında 42 dəfə qarşılaşıblar. “Qırmızı-qaralar” bunlardan 12-də qalib gəldikləri halda, 14-də uduzublar. Əyalət təmsilçisi bu rəqiblə son 9 oyunda meydanı qolsuz tərk etməyib. Son 4 görüşdə hər iki komanda qol vurub. “Keşlə” 14 matçdır “Qəbələ”yə qalib gələ bilmir. Kollektivlərin ilk dövrədə Qəbələdə baş tutan duelində heç-heçə qeydə alınıb – 1:1. Bakıdakı görüşdə isə qonaqlar 2:1 hesabı ilə üstün olublar.

Xəbər 748 dəfə oxundu.