“Neftçi” Tural Axundov ilə müqaviləni uzadıb
“Neftçi” klubu futbolçu Tural Axundovla mövsümün sonunda bitməli olan müqavilənin müddətini birillik artırıb.

Azsport.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 30 yaşlı müdafiəçi 2019/2020-ci il mövsümünün sonunadək komandanın formasını geyinəcək.

Qeyd edək ki, T.Axundov cari mövsüm “flaqman”ın heyətində 18 oyunda meydana çıxıb.

Xəbər 767 dəfə oxundu.