Atletlərimiz qış Avropa çempionatına qatılacaqlar
Martın 1-dən 3-dək Şotlandiyanın paytaxtı Qlazqoda keçiriləcək atletika üzrə qış Avropa çempionatına azərbaycanlı atletlər də qatılacaq.

Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndəsi Ceyhun Hüseynov bildirib ki, yarışda atletlərimizdən Zəkiyyə Həsənova 60 metr məsafəyə qaçışda, Nazim Babayev isə üçtəkanla tullanmada iştirak edəcəklər.

Azərbaycanlı atletlər AAF-ın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi altında mübarizə aparacaqlar.

AZƏRTAC

Xəbər 967 dəfə oxundu.