Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 3 ölkə iştirakını təsdiqləyib
Bakıda mayın 10-da start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirində üç ölkə iştirakını təsdiqləyib.

Azsport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Monteneqro 3, Çad 2, Sloveniya 18 idmançı ilə yarışa qatılacaq.

Turnirə mayın 12-də yekun vurulacaq.

Xəbər 797 dəfə oxundu.