Cüdo üzrə ənənəvi beynəlxalq Bakı turniri keçiriləcək
Fevralın 23-24-də Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIX Beynəlxalq Bakı turniri keçiriləcək.

Turnirin məqsədi general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdonun geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi, ən güclü idmançıların müəyyən edilməsindən ibarətdir.

Turnirdə müxtəlif ölkələrdən 300 nəfərə yaxın idmançı mübarizə aparacaq.

Xəbər 843 dəfə oxundu.