Latviya idmançıları Azərbaycanda keçiriləcək yarış üçün yeni loqotip hazırlayıblar
Latviyanın yeniyetmələr və gənclərdən ibarət olimpiadasının rəsmi loqotipi təsdiq olunub. “Yelqava 2019” loqotipinin üzərində beş olimpiya dairəsi var.

Latviyada yeniyetmələr və gənclərdən ibarət Olimpiada iyulun 5-7-də keçiriləcək. 14-18 yaş arasında olan 3 mindən çox idmançının mübarizə aparacağı yarışların qalibləri həmin ayın 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclər Olimpiadasında iştirak hüququ qazanacaqlar. Loqotip ilk dəfə məhz bu beynəlxalq yarışda təqdim olunacaq.

Loqotip artıq təsdiq edilib və növbəti oyunlarda bütün banner, bayraq, diplom və medallarda, həmçinin könüllülərin köynəklərində əks olunacaq.

Xəbər 705 dəfə oxundu.