Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib
Fevralın 21-də futzal üzrə 19 yaşadək Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan millisinin 1:10 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, iki komanda fevralın 19-da da qarşılaşıb. Həmin görüş Türkiyə millisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 796 dəfə oxundu.