Tələbələrin XIV Respublika Universiadası martın 1-də start götürəcək
Martın 1-də ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadası start götürəcək.

Universiadanın şahmat, dama, stolüstü tennis, voleybol, atletika üzrə yarışları qadınlar və kişilər arasında keçiriləcək. Basketbol, cüdo, sərbəst güləş, yunan-Roma güləşi üzrə turnirlərdə isə yalnız kişilər mübarizə aparacaqlar.

“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının sədri Tofiq Xanəliyev bildirib ki, builki universiadanın yarışları Bakı ilə yanaşı, Gəncədə də keçiriləcək. Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə universiada çərçivəsində cüdo, stolüstü tennis, şahmat yarışları Gəncədə təşkil ediləcək.

Universiada yarışları oktyabrda başa çatacaq.

Xəbər 733 dəfə oxundu.