Azərbaycan UEFA-nın seminarında təmsil olunacaq
Fevralın 21-22-də Macarıstanın paytaxtı Budapeştdə UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə “Fair Play” mövzusuna həsr olunmuş regional seminar keçiriləcək.

Seminarda Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, qrupun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak edəcəklər.

Seminarın əsas mövzusu UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə “Fair Play” qaydalarının tətbiqi və “İT Solutions” proqramı üzrə treninqlərin keçirilməsindən ibarət olacaq.

Tədbirdə, həmçinin klubların lisenziyalaşdırılması və maliyyə məsələləri üzrə digər məsələlər barədə müzakirələr aparılacaq.

Xəbər 782 dəfə oxundu.