Azərbaycanlı atletlər Minskdə keçiriləcək beynəlxalq yoldaşlıq turnirində mübarizə aparacaqlar
Atletlərimiz fevralın 26-27-də Minsk keçiriləcək beynəlxalq yoldaşlıq turnirində iştirak edəcəklər.

Azərbaycan Atletika Federasiyasından bildiriblər ki, turnirdə ölkəmizi Günel Hüseynova, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə, Yelena Pextireva, Sabrina Zralova, Teymur Salahzadə, Rüstəm Məmmədova, Ramiz Məlikov, Fizuli Talıbov və Aydın Bədəlov təmsil edəcəklər. Atletlərimiz turnirdə qaçış (60 m, 200 m, 400 m, 4x200m estafet), uzunluğa, hündürlüyə, üçtəkanla tullanma və nüvəitələmə yarışlarında məharətlərini nümayiş etdirəcəklər.

Milli komandamız baş məşqçi Nazim İsrafilov və Teymur Qasımovun rəhbərliyi ilə mübarizə aparacaq.

Turnirdə yarışların idarə olunmasında ölkəmizi respublika dərəcəli hakim, atletika üzrə Azərbaycan hakimlər kollegiyasının sədr müavini Ceyhun Hüseynov və Kənan Məhərrəmov təmsil edəcəklər.

Xatırladaq ki, I Avropa və IV İslam Həmrəyliyi oyunlarında atletika yarışları üzrə baş hakimin müavini olan K.Məhərrəmov iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında da baş hakim kimi çalışacaq.

Xəbər 124 dəfə oxundu.