Moskvada ənənəvi “Aeroflot open” şahmat festivalının ilk turunun oyunları keçiriləcək
Fevralın 20-də Moskvada ənənəvi “Aeroflot open” beynəlxalq şahmat festivalının ilk turunun oyunları keçiriləcək.

Fevralın 19-da başlayan və təcili zəngdən sonra 40-cı dəqiqədə dayandırılan birinci turun partiyaları, bu gün yenidən oynanılacaq.

94 şahmatçının (70 qrossmeyster) iştirak etdiyi yarışın “A” turnirində ölkəmizi Rauf Məmmədov və Eltac Səfərli təmsil edirlər.

Vüqar Əsədli, Məhəmməd Muradlı, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Read Səmədov isə ümumilikdə 122 şahmatçının (22 qrossmeyster) yarışdığı “B” turnirində mübarizə aparırlar.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Xəbər 767 dəfə oxundu.