Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə qarşılaşıb
On doqquz yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası yoldaşlıq oyunu keçirib.

Bakı İdman Sarayında Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan futzalçılarımız 3:5 hesabı ilə məğlub olublar. Yığmamızın heyətində Tofiq Hüseynov, Nurlan Mehdizadə və Rafael Mütəllimov fərqləniblər.

Komandalar arasında növbəti oyun fevralın 21-də Bakı İdman Sarayında keçiriləcək.

Xəbər 887 dəfə oxundu.