Yaponiyalı tədqiqatçılar “Tokio 2020” olimpiada öncəsi yeni sistem yaradıblar
Yaponiyalı tədqiqatçılar 2020-ci ildə Tokioda Olimpiya və Paralimpiya Oyunları zamanı leysan yağışlarının qarşısını almaq üçün yeni sistem yaradıblar.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sistem vasitəsilə güclü yağışların olacağını yarım saat qabaqcadan bilmək olacaq. Yeni yaradılan texnologiya vasitəsilə yaponiyalı tədqiqatçılar olimpiada öncəsi insan tələfatının qarşısını ala biləcəklərini vəd edirlər.

Tokionun Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunda Uzaqdan Yoxlama Laboratoriyasının direktoru Katsuhiro Nakaqava France-Presse informasiya agentliyinə bildirib ki, leysan yağışlarını yeni texnologiya vasitəsilə qabaqcadan bilmək üçün yeni test yoxlamaları da həyata keçirilib:”Bu yoxlamalar hər şeyin müsbət olacağını göstərir. İnanırıq ki, yeni yaradılmış sistem “Tokio 2020” təşkilatçıları üçün çox önəmli olacaq. Texnologiyamızın olimpiada zamanı düzgün informasiya verəcəyinə inanırıq”.

Qeyd edək ki, ötən ilin iyul ayında Tokioda leysan yağışları və 41 dərəcə istilik səbəbindən 176 nəfər həyatını itirib.

Xəbər 1144 dəfə oxundu.