Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” super turnirinin vaxtı müəyyənləşib
Tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən ənənəvi “Shamkir Chess 2019” super turnirinin vaxtı və iştirakçıların siyahısı açıqlanıb.

Altıncı dəfə keçiriləcək Vüqar Həşimov memorialı martın 31-də Şəmkir şəhərində start götürəcək. Builki turnirdə qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı, hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, keçmiş dünya çempionu Vişvanatan Anand, hollandiyalı Aniş Giri, çinli Dinq Liren, rusiyalı Aleksandr Qrişukun iştirak edəcəkləri dəqiqləşib.

Xatırladaq ki, ötənilki turnirin qalibi Maqnus Karlsen olub.

Xəbər 800 dəfə oxundu.