Azərbaycan şahmatçıları ənənəvi “Aeroflot open” beynəlxalq festivalında mübarizə aparırlar
Fevralın 19-da Moskvada ənənəvi “Aeroflot open” beynəlxalq şahmat festivalı start götürüb.

Festivalda 94 şahmatçının, o cümlədən 70 qrossmeysterin mübarizə apardığı “A” turnirində Rauf Məmmədov və Eltac Səfərli də çıxış edirlər.

Məhəmməd Muradlı, Vüqar Əsədli, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Read Səmədov isə ümumilikdə 122 şahmatçının (22 qrossmeyster) yarışdığı “B” turnirində mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan festivala fevralın 27-də yekun vurulacaq.

Xəbər 869 dəfə oxundu.