Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
1. Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində aşağıdakı dəyişikliklər edilsin:

1. Rəşad Məmmədqulu oğlu Mahmudov, Elşən Məmmədhənifə oğlu Musayev və Cavid Həmid oğlu Osmanov komitənin üzvləri seçilsinlər.

2. Adil Abış oğlu Əliyev və Rauf Asif oğlu Əliyev komitənin üzvlüyündən çıxarılsınlar.


O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
Bakı şəhəri, 19 fevral 2019-cu il.

Xəbər 1211 dəfə oxundu.