“Tokio-2020" Olimpiadasının təşkilatçıları bütün komplekslərin ilin sonuna kimi tam hazır olacağını vəd edirlər
Yaponiyanın paytaxtında keçiriləcək Olimpiada yarışları üçün tikilən komplekslərin bu ilin sonuna kimi tam hazır olacağı bildirilib.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, “Tokio-2020" Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları inşa olunan komplekslərin vaxtında bitəcəyinə əmindilər.

Qeyd edək ki, hal-hazırda tikilən komplekslər heç biri tamamlanmayıb. Açılış və bağlanış mərasimlərinin, habelə atletika və futbol oyunlarının baş tutacağı Olimpiya Stadionu 66%, Aquatics Mərkəzi 55% (onun fevral ayında bitməsi planlaşdırılırdı), Sea Forest Waterway 77% (avqust ayında bitməsi gözlənilir), Ariake Arena 51%, Hokkey Stadionu 50%, Ariake Gimnastika Mərkəzi 62% ( oktyabr ayında bitməsi gözlənilir) hazırdır.

Xəbər 1058 dəfə oxundu.