“Lozanna 2020” təşkilatçıları olimpiada medallarının dizaynı üçün müsabiqəyə başlayıb
2020-ci ildə İsveçrənin Lozanna şəhərində 18 yaşadək yeniyetmələr arasında keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları olimpiada medallarının dizaynı üçün müsabiqəyə başlayıb.

Azsport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hər kəs təşkilat komitəsinə aprelin 8-nə qədər bir dizayn təqdim edə bilər. Qalibin adı aprelin sonunda açıqlanacaq. Müsabiqə əsasında sonda ən çox səs toplayan iki iştirakçı qalacaq. Onlar arasında kimin qalib olacağını Beynəlxalq Olimpiya Komitəsinin “Lozanna 2020” üzrə Koordinasiya Komissiyasının sədri Danka Bartekova, “Lozanna 2020” in prezidenti Virgine Faivre və Lozannanın tətbiqi sənət və kommunikasiya məktəbinin dekanı Viviane Morey tərəfindən seçiləcək. Kim qalib seçilərsə, o olimpiadanın açılış mərasiminə bir bilet qazanacaq.

Qeyd edək ki, yanvarın 9-dan 22-dək keçiriləcək “Lozanna 2020” Oyunlarının maskotunu Moreyin tələbələri yaradıblar.

Xəbər 1001 dəfə oxundu.