A.A.Banışevskinin əziz xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Anatoli Andreyeviç Banışevskinin əziz xatirəsinə həsr olunmuş turnirin A qrupunun oyunları fevralın 20-də keçiriləcək.

Dalğa Arena stadionunda baş tutacaq oyunlarda əvvəlcə “Hövsan” və “Qardaşlar”, daha sonra “Binə” və “Müşfiq” komandaları qarşılaşacaqlar. Qalib gələn komandalar diplomla mükafatlandırılacaq. Həmçinin ən nizam-intizamlı komandaya, o cümlədən ən gənc komandaya yarış iştirakçıları tərəfindən hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, oyunlar AFFA-nın gənc hakimlər kollegiyası tərəfindən idarə olunur. Yarışın sonunda hakimlər də diplomla təltif olunacaqlar.


Xəbər 809 dəfə oxundu.