“Tokio-2020" təşkilatçıları açılış və bağlanış mərasimi üçün büdcəni 40 faizdən çox artırıb
2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına xərclənəcək vəsait "London-2012"dən az olacaq.

Azsport.az saytının xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu iddia ilə Yaponiya mətbuatı çıxış edib. 2020-ci il Tokio Olimpiadasının büdcəsi Yaponiya hökumətinin təqdim etdiyi hesabata müvafiq surətdə 9.1 milyard dollar olacaqdır. Tokio 2020 baş icraçı direktoru Toşiro Muto artan büdcəni fevralın 15-də təşkil olunmuş İcraiyyə Komitəsinin iclasından sonra təsdiqləyib. Yaponiyanın Kyodo News agentliyinin verdiyi xəbərə görə, büdcənin 13 milyard, yəni təxminən 43 faizə qədər artacağı gözlənilir.

Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə Londonda keçirilən Olimpiada təşkilatçılara 16,3 milyard dollara, 2016-cı ildə Braziliyada keçirilən Olimpiada isə 9,8 milyard dollara başa gəlib.

Xəbər 1088 dəfə oxundu.