Azərbaycan hakimləri VAR sertifikat turnirinə dəvət alıblar
Aprelin 19-dan 26-dək Antalyada UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək.

Turnirin oyunlarını idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq.

Qırx iki hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FIFA referisi Əliyar Ağayev, FIFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcəklər.

Xəbər 795 dəfə oxundu.