Peşəkarlar arasında kikboksinq yarışında Azərbaycanı üç idmançı təmsil edəcək
Martın 2-də Çeçenistanın paytaxtı Qroznıda kikboksinq üzrə peşəkarlar arasında turnir keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər ki, turnirdə ölkəmizi üç idmançı təmsil edəcək. Yarışlarda Ruslan Musayev (67 kq), Zöhrab Əzimov (67 kq) və Əsgər Rəhimov (57 kq) mübarizə aparacaqlar.

Xəbər 1215 dəfə oxundu.