“Qarabağ” Namiq Yusifovu da itirdi
Unibank Premyer Liqasının XXX turunda “Neftçi”nin qonağı olacaq “Qarabağ” matça itki ilə çıxacaq. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, az öncə zədə səbəbindən Əfran İsmayılovu itirən Ağdam təmsilçisi bu dəfə Namiq Yusifovun da köməyindən istifadə edə bilməyəcək. O, 4-cü sarı vərəqəyə görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” qarşılaşması sabah saat 17:00-da start götürəcək.

Xəbər 1010 dəfə oxundu.