Yeniyetmələr, gənclər və qadınlar arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib
Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və qadınlar arasında kikboksinq üzrə Azərbaycan birinciliyi keçirilib.

Ölkə birinciliyində paytaxt və regionlardan 500-ə yaxın idmançı mübarizə aparıb.

Yarış kikboksinqin WAKO (Dünya Kikboksinq Assosiasiyasının) versiyası üzrə low-kick qaydalarına uyğun keçirilib.

Yeniyetmə kikboksinqçilər arasında keçirilən yarışlarda komanda hesabında ən yüksək nəticəni “Neftçi” idman klubunun təmsilçiləri göstəriblər. Gənc kikboksinqçilərin mübarizəsində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçiləri fərqləniblər. Qızların və qadınların yarışlarında isə “Qarabağ” idman klubunun yetirmələri birinci olublar. Medalların sayına görə ən yüksək nəticə “Orion” idman klubuna məxsus olub.

Xəbər 1446 dəfə oxundu.