Rauf Allahverdiyev hakim kimi Azərbaycan Premyer Liqasında debüt edib
Azərbaycan Premyer Liqasının XVII turunun “Keşlə”–“Sumqayıt” oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub.

Qarşılaşmanın dördüncü hakimi olan R.Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib. Buna səbəb isə R.Cabbarovun zədələnməsi olub. R.Allahverdiyev cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub. R.Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü cari mövsümə təsadüf edən ikinci hakimdir. Yeddinci turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.

Xəbər 827 dəfə oxundu.