Karateçilərimiz Dubayda Premyer Liqa turnirində fərqləniblər
Karateçilərimiz Dubayda mövsümün ikinci Premyer Liqa turnirində mübarizə aparıblar.

19 karateçinin qatıldığı yarışlarda komandamız iki medal qazanıb. Rafael Ağayev (75 kq) üçüncü yer uğrunda görüşdə fransalı Loqan da Kostanı məğlub edərək bürünc medal əldə edib. Təmsilçimiz İrina Zaretska (68 kq) isə bütün qarşılaşmalarda qələbə qazansa da, qızıl medal uğrunda görüşdə misirli Feryal Abdelazezə uduzub və gümüş medalla kifayətlənib.

Xəbər 843 dəfə oxundu.