“European Cup 2019” turnirində səkkiz yeniyetmə cüdoçumuz iştirak edəcək
Fevralın 16-17-də İspaniyanın Fuengirola şəhərində kadetlər arasında cüdo üzrə “European Cup 2019” turniri keçiriləcək.

Yeniyetmə oğlanların yarışlarında Azərbaycanı 8 cüdoçu təmsil edəcək. İsmayıl Qənbərli (50 kq), Nicat Məmmədli (55 kq), Turan Bayramov (60 kq), Mətin Rzazadə (66 kq), Vüqar Talıbov (73 kq), Adil Adilzadə (81 kq), Ruslan Nəsirli (90 kq), Hüseyn Məmmədov (+90 kq) iki gün davam edəcək yarışlarda medallar uğrunda mübarizə aparacaqlar.

Qitə kubokunda 25 ölkədən 503 (299 oğlan, 204 qız) cüdoçu yarışacaq.

Xəbər 1238 dəfə oxundu.