Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
Fevralın 15-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Bakı Nəqliyyat Agentliyi (BNA) arasında anlaşma memorandumu imzalanıb.

Hər iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunu AMPK-nın prezidenti İlqar Rəhimov və BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli imzalayıblar.

Sənədə əsasən, BNA bu ilin mayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinə nəqliyyat məsələlərində kömək göstərəcək.

Xatırladaq ki, paracüdo üzrə beynəlxalq Qran-Pri turniri mayın 13-14-də Bakıda keçiriləcək. “Tokio 2020” Yay Paralimpiya Oyunlarına vəsiqə qazandıran belə bir yarış ölkəmizdə ilk dəfə keçiriləcək. Turnirdə 43 ölkədən 250 idmançının iştirak edəcəyi gözlənilir.

Xəbər 944 dəfə oxundu.