3 mərhələli hazırlıq
Boks üzrə milli komandamız London Yay Olimpiya Oyunlarına 3 mərhələdə hazırlaşacaq. İdman.com.az saytının məlumatına görə, yığmamız mayın 14-20-də Belarusda beynəlxalq turnirdə iştirak edəcək. Sonra təlim-məşq toplanışlarına start veriləcək. Döyüş praktikasını təkmilləşdirmək üçün seçmə kollektiv Türkiyə, Özbəkistan, Qazaxıstan və Ukrayna boksçuları ilə ikitərəfli görüşlər keçirəcək.

Daha sonra hazırlıq başlayacaq. Bu da London olimpiadasına 1 ay qaldığı müddətdə baş tutacaq. Həmin mərhələ çox güman, Bakıda olacaq. Amma oyunlara 7-10 gün qalmış İngiltərədə davam etdiriləcək.
Qeyd edək ki, hazırda boksçularımıızn hesabında 7 lisenziya var. Bu, 2-ci yüksək göstəricidir. Millimiz Atlantada 2, Sidneydə 5, Afinada millimiz 9 və Pekində 2 rinq ustası ilə təmsil olunmuşdu.

Xəbər 1164 dəfə oxundu.